Finlandiya Moskvanı yenə qıcıqlandırdı – Qırıcıları rus sərhədlərinə qədər gəldibackend

Finlandiya Moskvanı yenə qıcıqlandırdı - Qırıcıları rus sərhədlərinə qədər gəldi

Finlandiya Hərbi Hava Qüvvələrinə məxsus F/A-18C qırıcı təyyarələri bu gün ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançısı B-52H Stratofortress-ə Rusiya sərhədi boyunca uçuş zamanı müşayiət edib.

KONKRET.az xəbər verir ki, bu əməliyyat “Bomber Task Force Europe 26-1” adlı təlimlərin bir hissəsidir. Təlimlərdə həmçinin uzaqmənzilli radiolokasiya aşkarlama və hədəf təyinetmə təyyarəsi E-3A Sentry, eləcə də Böyük Britaniyanın Eurofighter Typhoon FGR4 qırıcıları iştirak edib. Uçuşlar Estoniya, Baltik dənizi və Finlandiya üzərində həyata keçirilib.

Günel Mikayılova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*