“Finlandiya hakimiyyəti çərşənbə günü gecə Rusiya ilə bütün sərhədi bağlamağı planlaşdırır”.
KONKRET.az xəbər verir ki, bu barədə “İltalehti” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, baş nazir Petteri Orponun hökuməti bazar ertəsi Rusiya ilə sərhəddə olan digər keçid məntəqələrinin bağlanması barədə qərar qəbul edə bilər.
TASS xəbər verir ki, bu keçid məntəqələrinin çərşənbə günü yerli vaxtla saat 00:00-da bağlanacağı gözlənilir.
Burhan,
KONKRET.az