Finlandiya Rusiya ilə sərhədləri bağladıbackend

Finlandiya Rusiya ilə sərhədləri bağladı

Finlandiya hökuməti Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini yenidən bağlayacaq.

KONKRET.az xəbər verir ki, bunu Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen bildirib:

“Sərhəd dekabrın 15-dən bağlı olacaq. Biz müəyyən edə bildik ki, Finlandiyanın şərq sərhədində qeyri-qanuni immiqrasiya davam edir. Ölkəyə bu cür giriş davam etdiyi üçün Vaalimaa və Niirala keçid məntəqələrinin yenidən bağlanması üçün hökumət qərar qəbul etməlidir.Nəticədə, Finlandiyanın xarici sərhədlərində beynəlxalq mühafizə üçün müraciətlər yalnız hava limanlarında və dəniz limanlarında sərhəd-keçid məntəqələrində qəbul ediləcək”.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*