Noyabrın 4-də Finlandiyanın Laplandiya Rovajarvi və Rovaniemi bölgələrində NATO-nun Avropadakı ən böyük “Lightning Strike-24” artilleriya təlimi başlayıb.
KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, Şimali Avropanın ən böyük təlim poliqonu hesab edilən Rovajarvi NATO qüvvələrini çoxşaxəli atəş hazırlığı üçün əla şəraitə malikdir. “Lightning Strike-24” təliminin komandiri polkovnik Yanne Myakitalo bildirib ki, bu il daha genişmiqyaslı hazırlıq çərçivəsində “İldırım Zərbəsi” təlimini keçirmək imkanı əldə etdiyimiz üçün çox şadıq. Təlimlərin əsas məqsədi NATO-nun şimal istiqamətində müdafiə qabiliyyətini nümayiş etdirməkdir. “Lightning Strike-24” təlimləri ABŞ-nin rəhbərliyi altında alyansın beş müxtəlif ölkəsində keçirilən “Dinamik cəbhə-25” əməliyyatının bir hissəsidir. Təlimlərdə 28 ölkədən 5000-ə yaxın əsgər və zabit iştirak edəcək. Finlandiyanı Müdafiə Qüvvələri, Hərbi Hava Qüvvələri və Sərhəd Mühafizə Xidmətinin hərbçiləri təmsil edəcəklər.
Vəli Həsənoğlu,
KONKRET.az