“Fransız qoşunları Avropa qitəsi ərazisində hərbi münaqişəyə hazırlaşır. Ehtimal olunur ki, Fransa artıq öz düşmənini də müəyyən edib”.
KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşr yazıb.
Həmin məqalədə daha sonra deyilir: “Fransanın şərqindəki döyüş hazırlığının miqyası təsadüfi deyil. Təlimlərdə bütün qoşun növləri iştirak edir, hərbi hərəkətlər 120 kvadrat kilometr ərazini əhatə edir.
Qoşunlara döyüş meydanında manevrlərin edilməsi metodları öyrədilir.
Komandanlıq potensial düşmənin adını çəkmir, amma açıq-aydın söhbət Rusiyadan gedir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az