Fransa Bəşər Əsədin həbsinə order verdibackend

Fransa Bəşər Əsədin həbsinə order verdi

Fransa Suriya prezidenti Bəşər Əsədin həbsinə beynəlxalq order verib.

KONKRET.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Buna səbəb 2013-cü ildə kimyəvi silahdan istifadə ilə bağlı cinayətlərdə ittiham olunmasıdır.

İttihama görə, kimyəvi silahdan istifadə ilə bağlı ümumilikdə 4 həbs qərarı çıxarılıb. Suriya lideri ilə yanaşı, Suriya Respublika Qvardiyasının (Suriya hakimiyyətini qorumaq üçün nəzərdə tutulmuş elit hərbi birləşmə) komandiri olan qardaşı Maher Əsədə və adları agentlik olan daha iki generala qarşı ittihamlar irəli sürülüb. Dördü də insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində iştirakda ittiham olunub.

Dəməşq hələlik Əsədin həbsinə dair orderi şərh etməyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*