Fransada iki erməni nazir oldubackend

Fransada iki erməni nazir oldu

Fransanın yeni hökumətinə erməni əsilli iki nazir qatılıb.

KONKRET.az xəbər verir ki, Astrid Panosyan-Buvet əmək və məşğulluq naziri, Qiyom Kasparyan isə dövlət qulluğu işləri, ictimai fəaliyyətin sadələşdirilməsi və transformasiyası naziri olub. Jan-Noel Barrot Xarici İşlər Nazirliyinin rəhbəri təyin edilib. Maraqlıdır ki, Astrid Panosyan onu hakimiyyətə gətirən Emanuel Makronun rəhbərlik etdiyi “Marşda!” hərəkatının həmtəsisçilərindən biri olub. Ümumiyyətlə, Panosyan və Makron çox yaxındır – o, Makron hələ İqtisadiyyat naziri olanda onun investisiya müşaviri olub.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*