G7 liderləri Ukrayna ilə bağlı bəyanat yaydıbackend

G7 liderləri Ukrayna ilə bağlı bəyanat yaydı

G7 liderləri Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar dəstəyi davam etdirməyə, Rusiyaya təzyiqləri artırmağa və Avropada və dünyada azadlığın qələbəsi üçün birləşməyə söz verən birgə bəyanat yayıblar.

KONKRET.az xəbər verir ki, bəyanatın mətni Ağ Evin rəsmi saytında dərc edilib.

“Bu, Putinin iqtisadiyyatının əsas arteriyasına ağır zərbə vuracaq və onu müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirdən məhrum edəcək. G7 həmçinin qalıq yanacaqlardan asılılığı azaltmaq üçün səylərimizi gücləndirərkən sabit qlobal enerji təchizatını təmin etmək üçün birgə işləmək öhdəliyi götürdü”, – bəyanatda vurğulanır.

Qeyd edilir ki, G7 qalıq yanacaqlardan qlobal asılılığın azaldılması tempini sürətləndirməyə hazırlaşır. G7-yə üzv ölkələr qeyd edib ki, “təmiz enerji” yanaşması iqlim dəyişikliyi ilə mübarizə konsepsiyasına uyğundur.

G7 ölkələrinin liderləri həmçinin Ukraynada Rusiyanın qələbəsinin qarşısını almaq niyyətlərini açıqlayıblar. “Böyük Yeddilik” və Ukrayna belə çətin anda və bu ölkənin demokratik, firavan gələcəyini təmin etmək istəyi ilə birləşib. Biz Prezident (Vladimir) Putinin Ukraynaya qarşı müharibədə qalib gəlməsinin qarşısını almaq əzmi ilə birləşmişik”, – bəyanatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*