Gədəbəydə bir tona yaxın narkotik yandırıldı – FOTObackend

Gədəbəydə bir tona yaxın narkotik yandırıldı - FOTO

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gədəbəy rayonu Dəyə-Qarabulaq kəndinin yaylaq ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, ümumi çəkisi 932 kiloqram olan, 1432 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Gədəbəydə bir tona yaxın narkotik yandırıldı

Gədəbəydə bir tona yaxın narkotik yandırıldı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*