Gələn il daha çox mexaniki sayğaclar quraşdırılacaqbackend

Gələn il daha çox mexaniki sayğaclar quraşdırılacaq

Bu il respublika üzrə təbii qazla təmin edilən abonentlərin sayı 2 milyon 262 min 242-yə çatıb. Onlardan 1 milyon 234 mini smart sayğacdan istifadə edir. Gələn il abonent sayının 112 min artacağı gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev dekabrın 29-da ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

R.Əliyev qeyd edib ki, 2020-ci ildə daha çox mexaniki sayğacların quraşdırılmasına üstünlük veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*