Gələn il minimum əmək haqqı və pensiya buna görə artırılmayacaq – ŞOK SƏBƏBLƏRbackend

Gələn il minimum əmək haqqı və pensiya buna görə artırılmayacaq - ŞOK SƏBƏBLƏR

Yerli mediada səsləndirilən məlumatlara görə, 2026-cı ildə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın məbləği dəyişməyəcək. “Dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, gələn il minimum əməkhaqqı 400 manat, minimum pensiya isə 320 manat səviyyəsində qalacaq. Maraqlıdır, bunun səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, hökumətin bu istiqamətdə addım atmaması hazırda ölkədəki maliyyə durumuyla bağlıdır:

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

“Əgər belə bir niyyət olsaydı, qanun layihələri yəqin ki, indidən hazır olardı və bunu görərdik. Adətən belə məsələlər əvvəlcədən bəlli olur. Amma bəzən ilin sonunda da dəyişikliklər baş verir. Yəni 100 faiz artım olmayacaq demək doğru deyil. Amma görünən odur ki, hazırda belə plan yoxdur. Ola bilər ki, bu il baş verməsin. Onsuz da ölkə tariximizdə hər il artım olmaması kimi bir hal yaşanıb.”

Ekspertin sözlərinə görə, əsas səbəb dövlət büdcəsindəki maliyyə çatışmazlığıdır:

“Büdcədə pul azdır. Azərbaycan çox kəskin və uzunmüddətli maliyyə böhranına daxil olub, böhran dərinləşir. Səbəb isə aydındır, ölkə iqtisadiyyatı qeyri-effektivdir, neft və qaza bağlı vəziyyətdədir. Neft hasilatı azalır, qiymətlərin dəyişməsi isə artıq o qədər də rol oynamır. Bu səbəbdən dövlət büdcəsi qənaət rejiminə keçib.”

Beləliklə, 2026-cı ildə minimum əməkhaqqı və pensiyanın artırılması ehtimalı az görünür.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*