Gələn il Rusiyadan Bakıya yeni aviareys açılacaqbackend

Gələn il Rusiyadan Bakıya yeni aviareys açılacaq

Rusiyanın “Red Wings Airlines” aviaşirkəti 2022-ci ildə Yekaterinburqdan Bakıya reyslər həyata keçirməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bunu şirkətin baş direktoru Yevgeni Klyuçaryov deyib.

Onun sözlərinə görə, şirkət gələn il 30 beynəlxalq və regional istiqamətdə uçuşlar reallaşdırmağı hədəfləyib.

Qeyd edək ki, 2021-ci ildə “Red Wings Airlines” şirkətinə Saratov, Nijni Novqorod, Mineralnıe Vodı, Ufa, Omsk, Volqoqrad və Mahaçqaladan Bakıya uçuşlar üçün lisenziya verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*