Gənc fəalın atasının saxlanılması iddiası haqqında RƏSMİ AÇIQLAMAbackend

Gənc fəalın atasının saxlanılması iddiası haqqında RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi Cəlilabad rayonunda gənc fəal Əhməd Məmmədlinin atasının saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

KONKRET.az-ın xəbərinə görə, DİN mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “qafqazinfo”ya açıqlamasında bildirib ki, Ə.Məmmədlinin atasının saxlanılması ilə bağlı iddialar yalandır:

“Yayılan məlumatlar həqiqəti əks etdirmir. Həmin şəxs bu və ya digər hala görə polis şöbəsinə çağırılaraq saxlanılmayıb”.

İddiaya görə, Ə.Məmmədli İqtisad Universitetinin qarşısına aksiya təyin edib. Onun Cəlilabad şəhərində yaşayan atası da buna görə saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*