Gənc oğlanın minaya düşməsinin TƏFƏRRÜATIbackend

Gənc oğlanın minaya düşməsinin TƏFƏRRÜATI

Goranboyda gənc oğlanın minaya düşməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.

KONKRET.az xəbər verir ki, rayonun Tap Qaraqoyunlu kənd sakini, 26 yaşlı Vüqar Maqsud oğlu Məmmədov İncəçayı keçən zaman minaya düşüb. Ağır yaralanan V.Məmmədov sürünərək həmin ərazidən uzaqlaşıb və mobil telefonundan yaxınlarına zəng edərək kömək istəyib.

Yaxınları onun olduğu yerə gedib və  Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Zərərçəkmişin sol ayağı dizdən amputasiya olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*