Gəncədə 14 yaşlı qız dəm qazından zəhərləndibackend

Gəncədə 14 yaşlı qız dəm qazından zəhərləndi

Gəncədə 14 yaşlı qız dəm qazından zəhərlənib.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin Totanlı yaşayış massivində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Qurbanova Lalə Şıxəli qızı yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Gənc qız dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Xəstənin vəziyyətinin kafi olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın