Gəncədə evdə qaz partlayıb.
KONKRET.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, sözügedən ərazidə yerləşən 5 mərtəbəli yaşayış binasında anidən partlayış olub.
Nəticədə, bir nəfər ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Bina sakinləri təxliyə edilib. Əraziyə FHN əməkdaşları cəlb edilib.