Ötən gün futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda Gəncədə keçirilən “Kəpəz” – “Qəbələ” matçında qonaq komandanın futbolçuları döyülüb.
KONKRET.az xəbər verir ki, insident nəticəsində “Qəbələ”nin iki futbolçusu ciddi xəsarət alıb.
Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.