Gəncədə kişi arvadını və qayınatasını bıçaqladıbackend

Gəncədə kişi arvadını və qayınatasını bıçaqladı

Gəncədə kürəkən yoldaşını və qayınatasını bıçaqlayıb.

KONKRET.az xəbər verir ki, hadisə kəlbəcərlilərin məskunlaşdığı Yeni qəsəbədə qeydə alınıb.

Kəlbəcər sakinləri 1974-cü il təvəllüdlü Zəfər Əliyev və onun qızı 1997-ci il təvəllüdlü Ayşən Mirzəyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəni ailənin kürəkəni – 1997-ci il  təvəllüdlü Kəlbəcər rayon sakini Mirzəyev Məhəmməd törədib.

Onun  saxlanılması istiqamətində axtarışlar davam edir .

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*