Gəncədə kollecdə yanğın oldu: Zəhərlənənlər varbackend

Gəncədə kollecdə yanğın oldu: Zəhərlənənlər var

Gəncə şəhərində yerləşən Gəncə Dövlət Regional Kollecində yanğın olub, 10-dan çox tələbə tüstüdən zəhərlənib.

KONKRET.az xəbər verir ki, zəhərlənən tələbələr xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisənin qısaqapanmadan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün daha əvvəl Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxana binasında da yanğın baş verib. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının ilkin ehtimala görə, tələbələrin təhlükəsizlik qaydalarını pozaraq xüsusi ayrılmış yerdə deyil, yataqxananın dəhlizində siqaret çəkmələri səbəbindən baş verdiyi müəyyən edilib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*