Gəncədə “patı” ƏMƏLİYYATI – Saxlanılanlar varbackend

Gəncədə "patı" ƏMƏLİYYATI - Saxlanılanlar var

Gəncədə qanunsuz narkotik saxlamaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Emin Bədirov Gəncə ŞBPİ əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən heroin aşkar edilib.

Azərbaycan vətəndaşı Ece Mustafanın üzərindən metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan Teymur Məmmədovdan götürülən heroin müvafiq ekspertizaya göndərilib.

Gəncə ərazisindəki mağazalardan birinə məxsus 16 ədəd taxta lövhələri oğurlamaqda şübhəli bilinən Elnur Cəfərov saxlanılıb. Ondan heroin aşkar olunub. Dindirilmə zamanı E.Cəfərov oğurluq hadisəsini narkotik vasitə əldə etmək üçün törətdiyini etiraf edib.

Narkotik maddə əldə etmək üçün oğurluq edən digər bir Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Hümbət Axundov müxtəlif vaxtlarda bir neçə şəhər sakininə məxsus telefonları oğurlayaraq satıb. Saxlanılan zaman üzərindən heroin aşkarlanan şübhəli şəxs törətdiyi cinayətləri etiraf edib. Onun digər analoji cinayət hadisələri törətməsi də istisna edilmir.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*