Gəncədə qəza oldu, xəsarət alan varbackend

Gəncədə qəza oldu, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Hərəkətdə olan “RAF” markalı avtomobillə motosiklet toqquşub.

Qəza zamanı motosikletin sürücüsü, 1992-ci il təvəllüdlü Firuddin Heydərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*