Gəncədə süni göl daşdı – VİDEObackend

Gəncədə süni göl daşdı - VİDEO

Gəncə şəhərində yerləşən Heydər Əliyev Park Kompleksindəki süni göl daşıb.

KONKRET.az xəbər verir ki, Göygöl rayon Topalhəsənli kəndində baş verən sel kompleksdəki gölün daşmasına səbəb olub.

Hadisə nəticəsində yaxınlıqda olan küçələri su basıb, fərdi yaşayış evlərinə və həyətyanı sahələrə su dolub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*