General oğlu niyə yalnız poz verib, şəkil çəkdirmək lazım olanda üzə çıxır?backend

General oğlu niyə yalnız poz verib, şəkil çəkdirmək lazım olanda üzə çıxır?

Xəbər yayılıb ki, sən demə, Vardanyanın qoluna girib şəkil çəkdirən cavan oğlan Dövlət Sərhəd Xidmətinin rəhbəri, general Elçin Quliyevin oğludur. Bu “piarı” kim Elçin Quliyevə təklif edibsə, onu istəməyən adamdır. Hətta bəlkə də generalın bu ucuz şouya görə başı da ağrıyacaq.

Deyə bilərlər ki, bəyəm , generalın oğlu Vardanyanı həbs edə bilməz? Bilər, ancaq birinci fotoda, Vardanyanın həbs edilmə anında biz nədənsə, Vardanyanın qoluna girən cavan oğlanı heç görmürük. Deməli, generalın oğlu yalnız poz verib, şəkil çəkdirmək lazım olanda ortaya çıxıb. DSX-nın öz loqosu ilə yaydığı fotoda generalın oğlu Məmməd Quliyevin və polkovnik Azər Şirinovun Vardanyanın qoluna girdiyi əks olunur.

Belə bir həssas məqamda, 200-ə yaxın şəhidin kim olduğu yenicə dəqiqləşdiyi bir gündə, bu cür böyük bir uğuru hansısa generalın oğlunun adına yazmaq cəhdinin bir adı var-BİABIRÇILIQ!

Bəlkə də, Elçin Quliyevin heç bu şəkilin çəkilməsindən xəbəri olmayıb. Tabeçiliyində olan hansısa yüksək çinli zabit ona yarınmaq üçün belə “piar” strategiyası fikirləşib.

Ancaq qulaqlarını açıb eşitsinlər ki, bütün bu reallıqlar və onun tərkib komponenti olan Vardanyanın həbsi: Azərbaycan Dövləti, ona rəhbərlik edən Prezident, Şanlı Ordumuz, Şəhidlərimiz və Qazilərimiz hesabına mümkün olub.

Heç olmasa, bu məsələdə kasıb-kusubun haqqına girməyin!

Məhəmmədəli Qəribli

  • Şəmsəddin
    Sentyabr 28, 2023 - 16:58

    Biabırçılıq ! Döyüş zamanı şəkil, video çəkdirmək lazımdır, onda deyərdik əhsən.

  • Fariz
    Sentyabr 28, 2023 - 22:44

    Bu fətirsifət küt baxışları ilə necə qabiliyyətli sərhədçi olduğunu bəlli efir

  • Sadiq
    Sentyabr 29, 2023 - 06:27

    Bu nə biabırçılıqdır? Dövlətin bu qədər uğuruna sevinməyib gör nədərəcədə kinli adamsız ki, xalqımızı daxilində aqressiyalara yaratmağa cəhd edirsiz, mənim ən doğmalarım həm 2-Qarabağa müharibəsində həmdə antiterror əməliyyatlarında iştirak ediblər hətta şəhid olanlarımda var, düzdü şəhidlərimizin hamısı bizə doğmadır.
    Belə aqressiya ilə cəmiyyətin arasında murdarlıq etməyin hörmətli sayt rəhbəri

    • Rauf
      Sentyabr 30, 2023 - 11:39

      Ne dexli var qardas vetenin qalibiyyete hami sevinir amma bu qalibiyyetde rolu olan insanlari tanimalidi xalq bu emeliyyatda istirak edenleri dusun senin hec ne adin seklin yoxdu lakin kimlerse poz verende cixir ortaya o adamlara elbetdeki xosh deyil bele hall

  • Avdıl
    Sentyabr 29, 2023 - 10:35

    Vallah, ayıbdır

  • Atilla
    Sentyabr 29, 2023 - 15:41

    Biabirchiliq !!+

  • veteran
    Sentyabr 29, 2023 - 17:02

    Ağılları,dünyagörüşləri,qabiliyyətləri bu qədərdir

  • Həlimə
    Sentyabr 29, 2023 - 18:22

    Mən şəxsən siyasətlə məşgul olmayan bir xanımdan istirahətdə eşitdim ki, generalın oğlu Qarabağda xidmətdıdir. Zəngilanda necə ki, onun oğlu əsgərliyə getmişdi. Uşaq anasına dedi ki, komandanın oğlu bu hərbi hissədə xidmət edir. İndi bu yazını hansı məqsədlə yazmısınız bilmirəm. Amma mən Sizə ayıb olsun deyirəm. General oğlu niyə olmasın ki. Bəsdirin.

  • Efqan
    Sentyabr 30, 2023 - 12:38

    Buda kadirovun oglu kimi arada ozunu gosterir

  • Kamran
    Oktyabr 1, 2023 - 09:30

    Adam bilmir ne desin.o boyda maddeynen 4 aylig hebs ne idiki . bu qeder Sehid verdiyi halda agzinnan sud iyi geleni qabaga cekmek yadigar qalsin deye sekil cekdirmek .bu milleti bildiyin sariyiblare.hicab mehbuslarin 10 15 il yalannan narkotiknen evinnen tank cixardib ish kesdiler.buna 4 ay biyabircilig.men eminemki vardanyan bizden yaxshi dolanacag iceride pul verecek axi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*