Generalın oğluna “stop“ qoyuldubackend

Generalın oğluna “stopqoyuldu

Polis Akademiyasının keçmiş rəisi, general-mayir Ramiz Nağıyevin oğlunun ölkədən çıxışına “stop” qoyulub.

KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nağıyev Vüqar Ramiz oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi vergi borcu yaranıb. Borc qaytarılmadığından onun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Bundan sonra Vüqar Nağıyev işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Apardığımız araşdırmaya görə, Vüqar Nağıyevin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə 23 min 440 manat 97 qəpik vergi borcu var.

Qeyd edək ki, general oğlunun adı 2020-ci ildə koronavirus (COVID-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu içilәrə әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi almış vergi ödәyicilәrinin siyahısında yer alır.

Xatırladaq ki, Vüqar Nağıyev həyat yoldaşından qalmaqallı şəkildə boşanması ilə KİV-lərdə məlmatlar dərc edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*