Generallar Makronu çevrilişlə hədələdi – Le Pen onları dəstəklədibackend

Generallar Makronu çevrilişlə hədələdi - Le Pen onları dəstəklədi

İyirmi general daxil olmaqla mindən artıq istefada olan fransalı zabit prezident Emmanuel Makrona açıq məktub yazaraq, islamlaşma səviyyəsinin artması səbəbindən ölkənin vətəndaş müharibəsinin astanasında olduğunu bildiriblər, eyni zamanda hər hansı tədbir görülməyəcəyi təqdirdə hakimiyyəti öz əllərinə alacaqları ilə hədələyiblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

Təqaüdçü zabitlər həmçinin respublika ərazisində qanunların işləmədiyi anklavların meydana gəlməsi səbəbiylə ölkənin çökmə ərəfəsində olduğunu vurğulayıblar.

Bundan başqa Makrona “sarı jiletlər”in nümayişləri zamanı hüquq-mühafizə orqanlarını “günah keçisi” kimi ifşa etdiyi xatırladılıb və ordu qüvvələrinin mövcud Fransa təhlükəsizlik qüvvələri arasında geniş dəstək aldığına eyham vurulub.

Məktub müəlliflərini “Milli cəbhə” Partiyasının lideri Marin Le Pen də dəstəkləyib. O, istefada olan hərbçiləri “Fransa uğrunda mübarizəyə” qoşulmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*