Gödəkçədə həbsxanaya narkotik keçirmək istədibackend

Gödəkçədə həbsxanaya narkotik keçirmək istədi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Xidmətdən KONKRET.az-a verilən xəbərə görə, məhkum Mirzə Zahid oğlu Mirzəyevə tanışı Ramin Akif oğlu Məmmədov tərəfindən gətirilmiş sovqatdakı gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş bükülülərdə 4,116 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*