Gömrükdən qanunsuz siqaret keçirilməsinin qarşısı alındı – FOTOLARbackend

Gömrükdən qanunsuz siqaret keçirilməsinin qarşısı alındı - FOTOLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

KONKRET.az-a bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn, 2 ədəd “Mercedes-Benz”, “Volvo”, “Scania” və “Man” markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 7000 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*