“Google” şirkəti “Google Docs” üçün yeni süni intellekt əsasında şəkil yaratma funksiyasını təqdim edib. Bu funksiya istifadəçilərə sənədlər üçün vizual effektləri tez bir zamanda yaratmağa imkan verir.
KONKRET.az xəbər verir ki, alət yalnız “Workspace” ödənişli hesabları üçün əlçatan olacaq və bunlara “Gemini Business”, “Enterprise”, “Education”, “Education Premium” və “Google One AI Premium” paketləri daxildir.
İstifadəçilər yeni funksiyanı “Əlavə et” > “Şəkil” > “Mənə şəkil yaratmağa kömək et” bölməsində tapa bilərlər. Daha sonra “Şəkil yarat” paneli açılır. Burada arzu olunan illüstrasiyanın təsviri daxil edilə və dizayn üslubu seçilə bilər – “Foto” və ya “Eskiz”.
Xidmətin ümumi istifadəyə verilməsi 16 dekabrda planlaşdırılır.
KONKRET.az