Goranboyda iki azyaşlı yanıq xəsarətləri alıb.
KONKRET.az xəbər verir, “Unikal”ın məlumatına görə, rayonun İrəvanlı kənd sakini 2024-cü il təvəllüdlü B.Paşayeva yanıq xəsarət ilə xəstəxanaya yeləşdirilib.
Dərhal azyaşlıya yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. İkinci hadisə isə rayonu Yeni Qəsəbədə yaşayış massivində qeydə alınıb. Belə ki, qəsəbə sakini 2024-cü il təvəllüdlü U.Qasımov bədənin müxtəlif nahiyələrini texniki yanığı diaqnozu ilə xəstəxanaya çatdırılıb və azyaşlıya yardım edilib. Hazırda onu vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, hər iki hadisə ehtiyatsızlıqdan baş verib. Azyaşlıların üzərinə isti su tökülüb.