Güclü külək Mingəçevirdə 20-dən çox ağacı aşırdıbackend

Güclü külək Mingəçevirdə 20-dən çox ağacı aşırdı

Küləkli hava Mingəçevirdə bir neçə ağacın aşmasına səbəb​ olub.

KONKRET.az-ın məlumatına görə, gecədən başlayan və gün ərzində davam edən güclü külək şəhərin müxtəlif istiqamətlərində fəsadlara yol açıb.

Heydər Əliyev prospekti, 20 yanvar, Üzeyir Hacıbəyov, Təbriz və digər küçələrdə qovaq, akasiya və həmişəyaşıl ağacları tam, yaxud qismən gövdəsindən ayrılaraq aşıb. Ümumilikdə 20­-dən çox belə hal qeydə alınıb. Onlardan təxminən 11-i iri, digərləri isə nisbətən kiçik gövdəli və yarıdan qırılıb düşən ağaclar olub.

Təsərrüfat müəssisələri fəsadları aradan qaldırır./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*