Gürcüstanda iyulun 25-dən etibarən keçirilən NATO-nun çoxmillətli “Agile Spirit 2025” təlimləri başa çatıb.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təlimlərin bağlanış mərasimi Tbilisi yaxınlığındakı Vaziani döyüş hazırlığı mərkəzinin meydanında keçirilib. Gürcüstan Müdafiə Nazirliyi və ABŞ səfirliyinin nümayəndələri təlimlər zamanı fərqlənən hərbçiləri müxtəlif medallar və fəxri fərmanlarla təltif ediblər.
Təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukraynadan olan hərbçilər iştirak ediblər. Ermənistan və Yaponiya silahlı qüvvələrinin nümayəndələri müşahidəçi qismində təmsil olunublar.