Gürcüstanda doğuş pulsuz oldu – QƏRARbackend

Gürcüstanda doğuş pulsuz oldu - QƏRAR

Gürcüstan Səhiyyə Nazirliyi zəruri hallarda qeysəriyyə əməliyyatı da daxil olmaqla, doğuşun tam maliyyələşdirilməsinə qərar verib.

KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Universal Sağlamlıq Sığortası proqramı çərçivəsində doğuş və qeysəriyyə əməliyyatları bütün vətəndaşlar üçün tam şəkildə maliyyələşdiriləcək. Maliyyələşdirməyə həkim seçimi və ağrıkəsici dərmanların qiyməti, həmçinin dərman, qida və həm birbaşa, həm də dolayı xərclər daxildir. Buna görə də, xəstələr heç bir sığorta haqqı ödəməyəcəklər”, – məlumatda deyilir.

Bildirilir ki, tibbi səbəblərə görə deyil, xəstənin öz istəyi ilə qeysəriyyə əməliyyatı, eləcə də VİP palatada göstərilən xidmətlər ödənişli olaraq qalacaq. Qəbul edilən dəyişikliklərə əsasən, doğuş və qeysəriyyə əməliyyatı tarifləri bir-birinə bərabər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*