Gürcüstanda son bir gün içində COVID-19-a 2 904 yoluxma qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın koronavirusla mübarizə ilə bağlı yaratdığı xüsusi internet saytında məlumat verilib.
Dünən 53 nəfər koronavirusdan vəfat edib.Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 206 907, ölənlərin sayı isə 2055 nəfərə çatıb.
Virusa yoluxanlardan 175 842 nəfərin sağaldığı bildirilir.