“Gürcüstanda müxalifət partiyaları ölkənin konstitusiya quruluşuna zidd hərəkət edir və buna görə fəaliyyətləri qadağan oluna bilər”.
KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Nazir vurğulayıb ki, bu günlərdə müxalifət partiyaları açıq şəkildə konstitusiya sisteminə qarşı çıxırlar.
O bildirib ki, buna görə fəaliyyətlərinin qadağan olunması üçün məhkəməyə müraciət etmək olar.
Eyni zamanda, siyasətçi əlavə edib ki, hakimiyyət hələlik qərar verməyə tələsməyi planlaşdırmır.
Məlik,
KONKRET.az