Gürcüstanda Su-25 təyyarəsi qəzaya uğradı, pilot həlak olubbackend

Gürcüstanda Su-25 təyyarəsi qəzaya uğradı, pilot həlak olub

Gürcüstanda hərbi təlim zamanı Su-25 təyyarəsinin qəzaya uğraması nəticəsində pilot Kaxaber Zurabaşvili həlak olub.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, hadisənin səbəblərini müəyyən etmək üçün ətraflı araşdırma aparılacaq. Müdafiə Nazirliyi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, ilk olaraq “İnfo Rustavi” portalı Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda hərbi helikopterin qəzaya uğraması və pilotun həlak olması barədə məlumat yayıb. Gürcüstan Müdafiə Nazirliyi isə Su-25 ilə qəzanın harada baş verdiyini dəqiqləşdirməyib, lakin ehtimal edilir ki, söhbət eyni hadisədən gedir.

Orxan

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*