Gürcüstanın Aİ-yə üzvlüyü müzakirə OLUNACAQbackend

Gürcüstanın Aİ-yə üzvlüyü müzakirə olunacaq

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili 16-18 may tarixlərində Brüsseldə işgüzar səfərdə olacaq.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şənbə günü Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, nazir respublikanın Avropa İttifaqına üzvlüklə bağlı anketi müzakirə etmək üçün səfərə yollanır.

İlya Darçiaşvili, həmçinin xarici tərəfdaşları ilə regiondakı mövcud təhlükəsizlik vəziyyətini də müzakirə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*