Gürcüstanın Bakıdakı səfiri geri çağırılırbackend

Gürcüstanın Bakıdakı səfiri geri çağırılır

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bu ilin iyunun 1-də vəzifəsindən geri çağırılacaq.

KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı Gürcüstan Baş naziri İrakli Kobaxidze fərman imzalayıb.

Fərman təsdiqlənməsi üçün Gürcüstan Prezidenti Mixail Kavelaşviliyə təqdim olunub.

Qeyd edək ki, Z.Pataradze 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiridir. Ötən ilin dekabrında səfirin səlahiyyət müddəti bu ilin aprelin 1-dək uzadılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*