Guya Bakı bilmirdi ki, BU, “arsax”ın ÖMRÜN uzadacaq? – AÇIQ SÖHBƏTbackend

Guya Bakı bilmirdi ki, BU, "arsax"ın ÖMRÜN uzadacaq? - AÇIQ SÖHBƏT

Daha öncə də xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın koridoru ilə bağlı Ermənistanı xəbərdar edib.

KONKRET.az xəbər verir ki, söhbət Azərbaycan ərazisində minaların basdırılmasından gedir. Çünki həmin minalar Laçın korudoru ilə daşınıb. Hə də, göydəndüşmə, qeybdən göndərilən sursat deyil ki… Nazir beynəlxalq aləmin Ermənistana təzyiqini vacib sayıb.

Beynəlxalq aləm:

• BMT-nin sınıq-salxaqlığın 30 il görmüşük. Ən böyük təsisatın qəbul etdiyi qətnamələri icra etməyən Təhlükəsizlik Şurasını da;

• Hazırda Avropa İttifaqı frankmassonların idarəçiliyindədir. Fransızlar isə erməniləri sevir;

• ABŞ senatı erməni lobbisinin təsirindədir. Bundan başqa, Paşinyan Sorosun layihəsidir və Ağ Ev onu qoruyur;

• NATO-dan danışsaq, alyansın belə bir funksiyası yoxdur;

• Region dövlətlərinə baxanda Gürcüstanın neytrallığı duyulur. Türkiyə Azərbaycanı dəstəkləyir, İran Ermənistanın yanındadır. Paşinyan Putini barmağına dolasa da, Kreml yenə İrəvanı seçir;

• İsrail Azərbaycanla dost ölkədir;

• Türkiyə “bir millət iki dövlət” statusundadır;

• Qoşulmama Hərəkatı bizdən yana olsa da, bu təsisatın elə də təsir gücü yoxdur;

Yəni beynəlxalq aləm ermənilərə təzyiq göstərən deyil. Bunu hamı bilir. Sadəcə, iradlar rəsmi vacibatdan dolayı səsləndirilir. Beynəlxalq tədbirlərdə xatırladılması müstəhəbdir. Məkruh olan isə İrəvanın Bakının mövqeyini qulaq ardına vurmasıdır. Bəzi məsələlər siyasi məcburiyyətdən doğub. Yoxsa:

– Guya Bakı bilmirdi ki, rus sülhməramlıların Qarabağa yerləşdirilməsi, Laçın koridorunu rusun nəzarətinə vermək qondarma rejimin ömrünü artıracaq?

– Guya Bakı bilmirdi ki, Moskva Kiyevin başına gətirdiklərini ona da tətbiq edə bilər?

– Guya Bakı bilmirdi ki, kapitulyasiyaya imza atan siyapır ermənilər Zəngəzur dəhlizini burcutmağa çalışacaq? Daha doğrusu, bu koridorda rusun yox, özünün nəzarətinə nail olmağa çalışacaq. Halbuki, Azərbaycan ərazisindəki Laçın dəhlizi rusun nəzarətindədir!

Bəli, Azərbaycan xırda dövlətdir və böyük güclərlə kəllə-kəlləyə gələ bilmir. Qlobal siyasi məqsədlərinə dünyadakı iqtisadi ehtiyacları ödəməklə gəlmək taktikası uğurludur. Lakin həmişə işlək deyil. Məsələn, Çin dünya iqtisadiyyatının ən aparıcı fiqurudur, ancaq Tayvan problemini həll edə bilmir.

“Bəs nə təklif edirsiniz?”

Mənə belə bir sual ünvanlasanız, susacam. Çünki Bakı üçün Tbilisi modelini örnək gətirsəm, bəli, Gürcüstan Rusiyadan qopmuş kimi görünür, amma Abxaziya ilə Cənubi Osetiya da Gürcüstandan qopardılıb.

Kiyev variantının üstündə dayansam, 2014-də ukraynalılar vətəndaş müharibəsi ilə ölürdüsə, indi də Rusiya işğalının qurbanına çevriliblər. Ölkə darmadağın olub və müharibə tezliklə dayanana oxşamır. Yəqin onlar “40 il kölə kimi yaşamaqdansa, 1 gün azad yaşamaq” devizilə oyanırlar. Əlqərəz, oradakı həyatın normal axarına qayıtmasına çox var.

Məsələ ondadır ki, qərbyönümlü kursa keçən dövlətlərin Rusiyadan asılılığı qalmır. Rusiyadan asılı ölkələrin isə Qərbə çıxışı yoxdur. Çin kimi hər iki cəbhəylə əlaqələrini tənzimləyən dövlətlər uduşdadır. Lakin buna cəhd edib bacarmayanlar talanır, soyulur.

√ Hitler də Bakı tortunu yemək istəyirdi, lakin boğazında qaldı.

Putini iqnor etməyin ən mədəni yolu isə Türk Dövlətləri Təşkilatının güclənməsidir. Çünki belə olan halda, Azərbaycan Qərblə Çin arasında körpü rolunu oynayacaq və Rusiyadan heç bir asılılıq qalmayacaq. Yəni bizə pomidor hədə-qorxusu gələ bilməyəcəklər.

KONKRET.az-ın Analitik Qrupu

  • Mais
    Noyabr 26, 2022 - 17:15

    Azadlığın qapısı Şəhidliklə açılır!!!

  • Möhübbət
    Noyabr 27, 2022 - 08:17

    Ay balam cinlə şeytanı qatmayın . Tayvanın 22 milyon əhalisi var. Qatabağda isə livan ermənilərini çıxsaq heç min nəfər erməni yoxdur

  • Muqabil
    Noyabr 27, 2022 - 20:29

    Qarabağda biz bir daha güc yoluna əl atsaq çox çətin olacaq,Rusiya buna qəti narazıdır,Fransa Qarabağı tanıyacağını bildirir, İran ən azı bizə dəstək olmayacaq (Zəngəzura girsək bizə qarşı döyüşə də bilər). Türkiyə uzun müddət bizi davamlı müdafiə etmək gücündə deyil,(ən azı siyasi mənada).Türk birliyi layihəsi hələ uzun prosesdi və ideoloji əsasları tam bəlli deyil. Ehtiyatlı olmalıyıq,həm də öz yolumuzu dəqiqləşdirib inamla getməliyik ,bu gün düşmən yox daha çox dost tapmalıyıq. Düşmənin belə bizimlə maraqlarını uzlaşdırılması üçün çalışmalıyıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*