Bu gün yerli vaxtla saat 16:58-də Əli Bayramlı seysmik stansiyasından 32 kilometr şimal-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.
KONKRET.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanın maqnitudası 3,5, dərinliyi 5 kilometr olub.
Zəlzələ hiss olunmayıb.