Hakerlər baş nazirin şəxsi məlumatlarını YAYDILARbackend

Hakerlər baş nazirin şəxsi məlumatlarını YAYDILAR

Hakerlər Britaniyanın baş naziri Liz Trassın və ölkə hökumətinin daha 25 üzvünün şəxsi məlumatlarını sızdırıblar.

KONKRET.az “Daily Mail”ə istinadən xəbər verir ki, Truss, müdafiə naziri Ben Wallace, xarici işlər naziri Ceyms Kleverli və digər siyasətçilərin telefon nömrələri yayılıb.

Nəşr xəbər verir ki, məlumatlar adı açıqlanmayan Amerika saytlarından birində yerləşdirilib.

Britaniya Nazirlər Kabineti hadisəni araşdırdıqlarını və bəzi məlumatların köhnəldiyini bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*