backend

Hakimlərin təyinatı gözlənilir - YENİ MƏHKƏMƏLƏR İŞƏ DÜŞƏCƏK

Azərbaycanda yeni yaradılan kommersiya və inzibati məhkəmələr 2020-ci ilin əvvəlindən tam gücü ilə fəaliyyətə başlayacaq. KONKRET.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasından bildirilib.

Şuradan bildirilib ki, Azərbaycanda kommersiya və inzibati məhkəmələrin yaradılması ilə bağlı Prezident İlham Əliyevin 19 ilyul 2019-cu il tarixli sərəncamından dərhal sonra yeni məhkəmələrin təşkili ilə bağlı işlərə başlanılıb.

İndiyədək Məkəmə-Hüquq Şurası tərəfindən həmin məhkəmələrin yuridiksiyası təsdiqlənib. “Bundan başqa, həmin məhkəmələrdə iş yükü təhlil edilib, hakimlərin iş həcmi nəzərə alınıb və ştatları müəyyən edilib. Həmin məhkəmələrin hamısı bina, avadanlıq və digər texniki təchizatla təmin edilib”. 

MHŞ-dan bildirilib ki, hazırda kommersiya və inzibati məhkəmələrin fəaliyyətə başlaması üçün son mərhələ hakim təyinatlarıdır: “Qanuna görə birinci instansiya məhkəmələri, o cümlədən kommersiya və inzibati məhkəmələrin hakimləri Məhkəmə-Hüquq Şurasının təqdimatı ilə ölkə prezidenti tərəfindən təyin edilir. Bununla bağlı dekabrın 29-da Məhkəmə Hüquq Şurasının iclası olub və bu iclasın nəticəsinə əsasən, yeni məhkəmələrə hakim təyinatı ilə bağlı dövlət başçısına  təkliflər təqdii edilib. Yəqin ki, yaxın günlərdə hakimlərin təyinatı ilə bağlı işlər həyata keçiriləcək”.

Başqa sözlə, artıq 2020-ci ilin ilk iş günlərindən etibarən kommersiyainzibati məhkəmələr problemsiz, tam işlək vəziyyətdə işə başlayacaq.

Şuradan təyinatı gözlənilən hakimlərin sayını açıqlamayıblar. Amma bildirilib ki, kommersiya və inzibati məhkəmələrdə fəaliyyət göstərəcək hakimlərin sayı indiyədək bu mübahisələri araşdıran hakimlərdən daha artıq olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*