Heydər Əliyev Beynəlxalq Hava Limanında avtomobil yanıb.
KONKRET.az xəbər verir ki, hadisə gecə saat 2:45 radələrində baş verib.
Belə ki, 99 MC 116 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil 1-ci terminalın qarşısında alovlanıb.
Yanğın Hava Limanının yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.
Yanğının başvermə səbəbləri aydınlaşdırılır.
Natiq Səlim,
KONKRET.az