Həbib növbəti döyüşünün anonsunu edibbackend

Həbib növbəti döyüşünün anonsunu edib

UFC üzrə yüngül çəkidə mütləq çempion Həbib Nurməhəmmədov növbəti döyüşü haqqında məlumat verib.

KONKRET.AZ Oxu.az-a istinadən xəbər verir ki, Synergy Global Forumunda çıxış edən çempionun sözlərinə görə, döyüşün Sankt-Peterburqdakı “Qazprom Arena”da keçirilməsi üçün danışıqlar gedir:

“Bir həftə əvvəl Birbaşa İnvestisiyalar üzrə Rusiya Fondunun baş direktoru Kiril Dimitriyevlə görüşüm oldu. Biz onunla döyüşü harada keçirə biləcəyimizi müzakirə etdik. Artıq UFC ilə döyüşün Rusiyada keçirilməsi haqqında danışıqlar gedir. Mən qeyd etdim ki, bu hökmən bağlı arena olmalıdır və yadıma “Qazprom Arena” düşdü”.

Nurməhəmmədov döyüşün gələn ilin aprel-may aylarında keçirilə biləcəyini hesab edir. Çempion həmçinin, Rusiya üzrə ən çox azarkeş toplayacağına əminliyini bildirir.

Qeyd edək ki, Həbib Nurməhəmmədovun aktivində 28 döyüşdən 28 qələbəsi var.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*