Həkəri və Bərgüşad çaylarına nadir farel növü buraxıldıbackend

Həkəri və Bərgüşad çaylarına nadir farel növü buraxıldı

Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə Azərbaycanın “Qırmızı kitab”ına düşmüş qızıl xallı farel balığı buraxılıb.

KONKRET.az xəbər verir ki, jurnalistlərin Qubadlıya səfəri zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, çəkisi 30-50 qram olan 1000 ədəd balıq körpəsi çay hövzəsinə buraxılıb:

“Qızıl xallı farel yerli şirin su hövzələrinə uyğun olduğu üçün məhz bu balıqların buraxılışı nəzərdə tutulub. Bu proses bu ərazilərdə həmin növün təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək.

Bundan əlavə, həm Həkəri, həm də Bərgüşad çaylarında sululuq dərəcəsinin yüksək olması balıqların bu çaylarda geniş yayılmasına müsbət təsir göstərən amillərdəndir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*