Həlak olan jurnalistlərin nəşi Gəncəyə gətirildi – FOTObackend

Həlak olan jurnalistlərin nəşi Gəncəyə gətirildi - FOTO

Bu gün səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində peşə borcunu yerinə yetirərkən mina partlaması nəticəsində həlak olan Azərbaycan Televizyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilib.

KONKRET.az xəbər verir ki, jurnalistlərin nəşləri müayinə edildikdən sonra Bakı şəhərinə yola salınacaq.

Həmçinin hadisə zamanı dünyasını dəyişən Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Ağalar oğlu Əliyevin nəşi Göygöl rayonundakı evinə aparılacaq və sabah dəfn olunacaq.

Məlumat üçün bildirək ki, hazırda “Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin Gəncə şəhər Şöbəsinin qarşısında şəhər İcra Hakimiyyəti rəsmiləri, Kəlbəcər rayon İcra Hakimiyyətinin və prokurorluğun əməkdaşları gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*