Helikopter qəzası dünyaya təsir edəcək – Rəisinin ölümü hər şeyi dəyişəcəkbackend

Helikopter qəzası dünyaya təsir edəcək - Rəisinin ölümü hər şeyi dəyişəcək

İranda daxili qarşıdurmanı ortaya ortaya çıxan helikopter qəzası Suriya, İraq, Livan, Yəmən, Körfəz ölkələri, Türkiyə və ümumilikdə dünyaya təsir edəcək.

KONKRET.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası geniş analitik materiallar dərc edir.

Məqalələrin ümumi konteksnindən görünür ki, İran prezidenti İbrahim Rəisinin vəfatının Suriya, İraq, Livan, Yəmən, Körfəz ölkələri, Türkiyə və ümumilikdə dünyada böyük əks-səda doğurub. Mütəxəssislər hesab edir ki, bu vertolyot qəzas İranın beynəlxalq aləmdə imicini yerlə bir etdi. İndi ən çox diqqət ölkədəki daxili çəkişmələrə yönəlib. Tehran rejiminin müharibə və xaos üsullarından istifadə edərək İslam dünyasına yönəlmiş şiə ekspansionist strategiyasına da ciddi ziyan dəyib. Başçının təmsil etdiyi missiyanın ənənəvi mühafizəkarlar üzərində qurulduğunu vurğulayan misirli araşdırmaçı Yasir Əbdüləziz bildirib ki, hadisə Suriya, İraq və Livana ciddi şəkildə təsir göstərəcək. Əbdüləziz İraq və Suriyada yerləşdirilən şiə silahlı birləşmələrindəki iğtişaşlara diqqət çəkərək, “Bu iğtişaşlar Tehranda mənzərə aydınlaşana qədər davam edəcək.

Suriyadakı Əsəd rejimi əsasən İranın dəstəyinə arxalanır. Xarici işlər naziri Hüseyn Əmir Abdullahianın öldürülməsi bu dəstək müvəqqəti pozula bilər. Husilər və Yəmən İnqilab Keşikçiləri Ordusu ilə birbaşa əlaqəli olsalar da, oxşar neqativ hallar baş verir. Misirdəki, məsələlər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Körfəz sistemindən asılıdır. Bu dosye əsasən ABŞ tərəfindən hazırlanır, lakin son dövr İran İnqilabı Keşikçiləri Korpusunun siyasətlərinin həyata keçirilməsində dəyişikliyə şahidlik edir.  İran prezidenti ilə İnqilab Keşikçiləri arasında Fələstinlə bağlı əsaslı fikir ayrılığı var”.

Politoloq və türk dünyası eksperti Prof. Dr. Toğrul İsmayılın sözlərinə görə, bu hadisə türk dünyasına qismən təsir edir. Prof. Dr. İsmayıl: “Son zamanlar ənənəvi münasibətə zidd addımların şahidi olduq. Tehran əvvəllər Ermənistana meylli yanlış münasibət sərgilədi. İran praqmatik yanaşma ilə Türkiyəsiz türk dünyasına açıla bilməyəcəyini, Azərbaycandansa erməniləri seçməklə heç nə qazanmayacağını gördü. Farslar daha çevik siyasi münasibət göstərməyə başladılar. Türkiyə hər çətin dövrdə onların yanında olsa da, İran bunu çox asanlıqla unudan bir ölkə kimi yaddaşlarda qalıb. Bundan başqa, Türkiyə də, Azərbaycan da İranın parçalanmasını istəmir. Ancaq İran Güney Azərbaycanla bağlı kürd kartını oynayaraq PKK məsələsində olduğu kimi bölgəni fərqli üsullarla dizayn etməkdə israrlıdır. Bu proyeksiyanı dəyişmək lazımdır. Çünki son hadisədə onları tarixi biabırçılıqdan xilas edən Türkiyə oldu. Türkiyə farsların imkansız olduqları axtarış-xilasetmə fəaliyyətinə son qoydu. Bu həm də ötən həftə kitab sərgisində dini lider Əli Xamneyinin “Türklər yunanlara zülm etdi” böhtan xarakterli bəyanatına böyük cavab idi. O, köhnəlmiş siyasi hiyləgərliyi ilə strateji üstünlüyünü göstərməklə bunların heç bir nəticə verməyəcəyini izah edirdi. İranın regionda demək olar ki, heç bir müttəfiqi yoxdur. Son dönəmdə İsrail-Fələstin gərginliyi, Körfəz təşəbbüsü və Türk dünyası ilə əlaqələrlə bağlı Tehran yeni yol axtarışındadır. Növbəti administrasiyanın münasibətinin necə olacağını zaman göstərəcək”.

Azərbaycanlı ekspert İlham Şaban isə bildirib ki, İranın növbəti addımı türk dünyası və onun iqtisadiyyatına interqasiyası da ola bilər: “Türkiyə-İran enerji əlaqələri ənənəvi qaz mərkəzli bir ölçü qazanıb. İllik 10 milyard kubmetr səviyyəsi bu günə qədər dəyişməsə də, yeni təşəbbüslər var. Xüsusilə türkmən qazı ilə bağlı ciddi danışıqlar gedir. İran hər şeydən əvvəl öz dilini, məzhəbini paylaşan Tacikistanda belə Türkiyəsiz təsirli olmayacağını gördü. Türkmənistan, Qırğızıstan, Azərbaycan və Qazaxıstan kimi ölkələrlə əlaqələrdə əsas ölkə Türkiyədir. Bu çərçivədə mayın 14-də Türkiyə-Azərbaycan arasında müqavilə imzalanıb. İranın da daxil olduğu saziş çərçivəsində 2 milyard kubmetr əlavə qaz axını təmin ediləcək. Qurulmuş bazar iqtisadiyyatı olmayan İranın indi Türkiyə dövlətlərinə və Türkiyəyə hər zamankından daha çox ehtiyacı var“.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*