HƏMAS İsrailin təkliflərini rədd etdibackend

HƏMAS İsrailin təkliflərini rədd etdi

Fələstinin Həmas qrupu İsrailin atəşkəslə bağlı təkliflərini rədd edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu HƏMAS-ın Milli Xarici Əlaqələr Bürosunun rəhbəri Əli Barakə Reuters agentliyinə bildirib.

Qeyd edək ki, münaqişə tərəfləri Qətər və Misir vasitəçilərinin, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin iştirak etdiyi Qahirə danışıqlarına öz nümayəndə heyətlərini göndərmişdilər.

“Biz Misir tərəfinin bildirdiyi son İsrail təkliflərini rədd edirik”, – Baraka deyib. HƏMAS-ın digər rəsmisi agentliyə bildirib ki, danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb.

İsrailin baş naziri Benyamin Netanyahu Qahirədə keçirilən danışıqlardan sonra vurğulayıb ki, “Biz hədəflərimizə çatmaq, ilk növbədə bütün girovlarımızı azad etmək və HƏMAS üzərində tam qələbə üçün çalışırıq”. Onun sözlərinə görə, İsrail tərəfinin “HƏMAS döyüş hissələrinin son qalası” hesab etdiyi Rəfaha qoşunların daxil olacağı tarix müəyyən edilib. Lakin o, bunun nə vaxt baş verəcəyi dəqiq vaxtı bildirməyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*