Dünən Həmədan əyalətinin Məlayir zindanında saxlanılan Əbülfəz Hüseyni adlı məhbus intihar edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı, İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA xəbər verib.
Məlumata görə, güneyli məhbus B2 (Buprenorfin) həbi içərək özünü öldürüb.
Kütləvi dava zamanı saxlanılan Hüseyni ilə bağlı irəli sürülən ittihama yenidən baxılması tələbinin rədd edildiyinə görə canına qəsd etdiyi bildirilib.
Qeyd edək ki, insan haqları təşkilatları ötən il İran həbsxanalarında ən azı 32 məhbusun həyatını itirdiyini açıqlayıb. Onların 5-i müxtəlif növ xəstəlikdən dünyasını dəyişib, 7-si isə qətlə yetirilib. Daha 20 məhbus öz həyatına son qoyub.
Natiq Səlim,
KONKRET.az
