“Hər cür zir-zibili kanala atırlar” – Maştağada balıqlar kütləvi şəkildə niyə tələf oldular? – VİDEObackend

"Hər cür zir-zibili kanala atırlar" - Maştağada balıqlar kütləvi şəkildə niyə tələf oldular? - VİDEO

Abşeron su kanalının Maştağa qəsəbəsindən keçən hissəsində xeyli sayda balığın tələf olduğu müşahidə edilib.

Kanal yaşayış sahəsinin içindən keçdiyi üçün bəzi sakinlər tərəfindən məişət tullantılarının oraya atılması vəziyyəti daha da ağırlaşdırır.

“Hər cür zir-zibili buraya atırlar. Belə şey olmaz. Kanal dolur, su getmir. Üç-beş aydan bir gəlib təmizləyirlər. Kanalın üstü balıqla dolu idi. Adamın ürəyi ağrıyır. Bu qədər balıq qırılar?!” – deyə sakinlərdən biri narazılığını ifadə edib.

Başqa bir sakin isə belə deyib: “Kanalda on min balıq var idi. Zəhərli maddələr töküblər, nə ediblər, bilinmir”.

Məsələ ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, əməkdaşlar ərazidən su nümunələri götürərək Mərkəzi Laboratoriyaya təqdim ediblər. Analizlərin nəticələri açıqlanandan sonra faktla bağlı ətraflı məlumat veriləcək.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*