“Hər zaman erməni və azərbaycanlı tərəfdaşlarımızla dialoqa hazırıq” – Qaluzinbackend

“Hər zaman erməni və azərbaycanlı tərəfdaşlarımızla dialoqa hazırıq” - Qaluzin

“Rusiya sülh müqaviləsinin təfərrüatlarını aydınlaşdırmaq üçün Ermənistan-Azərbaycan görüşləri üçün platforma təqdim edir”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Biz hər zaman erməni və azərbaycanlı tərəfdaşlarımızla dialoqa hazırıq. Onlarla növbəti tədbirlərimizlə bağlı qərar verəndə mütləq jurnalistlərə məlumat verəcəyik”, – Qaluzin əlavə edib.

O qeyd edib ki, Moskvanın səyləri həm Bakıya, həm də İrəvana uyğun gələn sülh müqaviləsinin mübahisəli aspektləri üzrə balanslaşdırılmış kompromis həll yollarının tapılmasına yönəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*